Bakının Səbail rayonunda ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, ötən il mayın 3-də rayon ərazisindəki evlərin birindən 7500 manat dəyərində qızıl əşyaları oğurlanıb.
8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağa Məmmədov saxlanılıb.