14 Sentyabr 2018 00:30
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonu ərazisində taksi sürücləri müştəri üstündə sözün əsl mənasında mübarizə aparırlar. Onlar qeyd olunan ərazidə yer bölgüsü ediblər. Sürücülərdən biri digərinə ''bura mənim ərazimdir, sən buradan müştəri götürə bilməzsən'' deyir və maşının qarşısını kəsir.

Növbəti mübahisəyə "Mersedes" markalı avtomobilin sürücüsünün Lökbatan dairəsindən şəhər istiqamətində gələn sərnişinləri götürməsi səbəb olub. Orada dayanan taksi sürücülərindən biri buna maneə olmağa çalışıb. Bildirib ki, həmin dairədən şəhər istiqamətində gələn müştəriləri ancaq orada daimi dayanan taksi sürücüləri götürə bilər.

"Mersedes"in sürücüsü buna məhəl qoymadığından mübahisə yaranıb. Digər sürücü isə özünü maşının altına atıb və onun hərəkətinə maneə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər