14 Sentyabr 2018 15:00
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda oğurluqla məşğul olan dəstə üzvləri tutulub.

Teleqraf.com xəbər verir ki, Xızı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Yaşma kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Həsənov, Giləzi qəsəbə sakinləri əvvəllər məhkum olunmuş Müslüm Əhmədov və Vidadi Abasov saxlanılıblar.

Dəstə üzvləri rayon ərazisində “Rusbot-85K” markalı gəmidən 2 ədəd mühərrik, akkumulyator və idarəetmə pultu oğurlamaqda şübhəli biliniblər.


Müəllif: Hacı Zeynalov