Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb. Kənd sakini Ayət Abıyev münaqişə zəminində Masallı rayon sakini Anar Nəzərovu bıçaqlayıb. Anar Nəzərov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən Aytən Abıyeva polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlayıb.
Hacı Zeynalov