17 Sentyabr 2018 13:12
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda dələduzluqda təqsirləndirilən MuğanBank ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Azər Mahmudov özünü təqsirli bilməyib.

O deyib ki, banka qoyulan pulları bəzi hallarda müştərinin yox, başqa adamın adına yazıb.

Azər Mahmudov bankdan iş üzrə zərərçəkmiş Qiyasın hesabından ümumilikdə 70 min manat götürüb, qızıl biznesi qurmaq üçün xərclədiyini etiraf edib.

İttihama görə, Azər Əhmədov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub.

Vurulan ziyandan 23 784 manat pul ödənilib.

Cinayət işində 10-a yaxın zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər