Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Baş Prokurorluq tərəfindən verilən apelyasiya protestinin dəlilləri müəyyən olunub.
Prokurorluq Azər Abbasovun həbs edilməsini tələb edir.
Məhkəmə baxışı sentyabrın 26-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Abbasov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Azər Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul alıb.
Azər Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. Cinayət işi üzrə 25 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Azər Abbasov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.