Bakı polisi mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir k, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanılıb.
Bundan başqa, daxil olmuş müraciət əsasında Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının “isti izlər”lə keçidrikləri tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.