Bakıda arvadını öldürməkdə təqsirli bilinən Rəşad İbrahimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə baş tutan prosesdə təqsirəndirilən şəxsə hökm oxunub.
Rəşad İbrahimzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi bu il mayın 1-də Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında baş verib.
Gəncə şəhər sakini Rəşad İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib.
Nəticədə Zəhra İbrahimova hadisə yerində ölüb, Emil Əliyev isə xəstəxanaya yerləşdirilib.
Daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Rəşad İbrahimzadə saxlanılıb.