Gəncə şəhərində zavoddan oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - İsa Abbasov, Vüqar Qasımov, Nurlan Orucov və Ramin İsmayılov saxlanılıblar.
Dəstə üzvləri bu il sentyabrın 28-də şəhər ərazisindəki zavodların birindəki metaləritmə sexindən 3780 manat dəyərində 18 ədəd latun külçələr oğurlamaqda şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.