Bakının Nərimanov rayonunda ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, ötən il fevralın 4-də rayon ərazisindəki evlərin birindən 2600 manat və 1200 ABŞ dolları, habelə 30.000 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Kamran Dadaşzadə saxlanılıb.