4 Oktyabr 2018 13:10
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında 30-cu polis şöbəsinin əməkdaşlarının Hövsan qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Hüseynov saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən 16 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən qurudulmuş formada 1 kiloqram 700 qram marixuana da müəyyən edilib.

Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı 30-cu polis şöbəsində toplanan material araşdırlması üçün Suraxanı rayon Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, bu 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən son bir neçə ayda Hövsan qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı həyəta keçirilən 4-cü belə əməliyyat tədbiridir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər