21 Avqust 2014 16:09
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Adil Əsgərov və Mübariz Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən ilin sentyabrında Albalı qəsəbə sakini Sevdanın (ad şərti verilib) evinə iki kişi gəlib.

Həmin vaxt qadın iki azyaşlı övladı da evdə olub. Onlar yatıblarmış. Çağırılmamış qonaqlar Sevdanı zorlayıblar. Ertəsi gün Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinə gələn Sevda onu zorlayanları tanıdığını, həmin adamların həyat yoldaşının dostları olduqlarını deyib.

Həmin gecə şikayətçinin əri evdə olmayıb. O, işlədiyi kafedə qalıbmış. Polisin keçirdiyi əməliyyat nəticəsində zorlamada suçlu bilinən Adil Əsgərov və Mübariz Məmmədov tutulublar. Hər iki şəxs Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə ittiham olunub.

Onlar törətdikləri cinayəti qismən etiraf ediblər. Adil Əsgərov qadını zorlamaq fikrinə düşməklərini belə izah edib: “Biz kafedə bir yerdə yeyib-içdik. Axşam Mübarizlə kafedən çıxdıq. Həmin vaxt bizdən böyük olan digər dostumuz kafedə qaldı. Onun gecəni işlədiyi kafedə qaldığını gördüyümüz üçün evinə gedib, arvadı ilə cinsi əlaqədə olmaq istədik. Onların həyətinə çatanda qapını döymədik, evə pəncərədən girdik. Qadın yatan otağa keçdik. Əvvəlcə Mübariz cinsi əlaqədə oldu. Qadın müqavimət göstərsə də, biz onun ağzını tutduq ki, səs-küy salmasın. Sonra mən əlaqədə oldum.

Biz gedəndə qadın yataqda ağlayırdı. İçkili olduğum üçün hərəkətlərimdən xəbərim olmayıb. Törətdiyim əməlimdən peşmanam”.

Mübariz Məmmədov da qadına təcavüz etdiyini etiraf edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsdirləndirilən şəxslərin hər birinə 8 il cəza təyin edilib.Hökmdən narazı qalan Mübariz Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Adil Əsgərov isə apelyasiya şikayəti verməyib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Mübariz Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Mübariz Məmmədovun cəzası 6 ilə qədər endirib. Adil Əsgərov apelyasiya şikayəti vermədiyi üçün onun barəsində olan hökm qüvvəsində saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər