11 Oktyabr 2018 12:32
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq etməkdə şübhəli bilinən qrupun digər üzvləri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb.

Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb.

Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvü də qısa müddətdə müəyyən edilib. Beyləqan rayon sakini Faiq Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, ötən gün bu cinayəti törətməkdə şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda tutulublar.

Həmçinin qeyd etmək lazımdır ki, saxlanılan şəxslər quldurluq hadisələri zamanı zərərçəkənlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər