Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya 30 sutka inzibati həbs cəzası verilib.
Onun barəsində həbs qərarını Nəsimi Rayon Məhkəməsi çıxarıb.
Məhkəmənin qərarına əsasən, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası verilib.