14 Oktyabr 2018 17:50
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Ədalət Verdiyevə məxsus fermadan 26 baş qoyun oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Daşbulaq kənd sakini Rövşən İsmayılzadə və Ağdam rayon sakini Tahir Hətəmov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov