22 Avqust 2014 13:55
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə testdən kənar ali məktəbə tələbə qəbul etdirən akademiyanın sabiq əməkdaşlarına cəza verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Azərbaycan Milli Elmlər Akademyasnın sabiq əməkdaşı, professor Eldar Əmirov və Ludmiliya Məmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham ediliblər. Onlar abiturientləri ali məktəbə qəbul etdirməkdə, Dağıstanda olan universitetlərə qəbul etdirmək və sonra Azərbaycana köçürmək adı ilə aldadıblar. Bununla da onlar 100-ə yaxın vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törədiblər.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Eldar Əmirov 4 il, Ludmiliya Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ludmiliya Məmmədova məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Ludmiliya Məmmədova sabiq deputat Gülər Əhmədovanın cinayət işində şahid qismində iştirak edib. Ludmiliya Məmmədova mərhum Sevinc Babayevanın rəfiqəsi olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər