19 Oktyabr 2018 14:53
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda taski sürücüsünü öldürməyə cəhd etməkdə təqsirli bilinən Elyar Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elyar Osmanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu ilin martın 7-də Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Azadlıq prospektində taksi fəaliyyəti ilə məşğul olan 1980-ci il təvəllüdlü Xaliq Kələntərov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, cinayət Elyar Osmanov tərəfindən törədilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər