22 Avqust 2014 17:28
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailəsində baş verən faciəli qəzanın törədilməsində təqsirli bilinən Xalid Mədətovun məhkəməsi keçirilib.


Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin həkimi Kamil Məmmədov ifadə verib.

Daha sonra həkim-narkoloq Samir Məmmədov ifadə verib. Samir Məmmədov deyib ki, hadisə zamanı təqsirləndirilən şəxs içkili olub: “Yoxladım, orta dərəcəli alkoqol vəziyyətdə olması ilə bağlı rəy verdim. Özü də etiraf etdi ki, içmişəm”.

Məhkəmə aprelin 28-də davam edəcək.

İttihama görə, bu il martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Vüqar Ağasəlim oğlu Abdullayevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə Xalid Mübariz oğlu Mədətovun sürdüyü markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib. O, Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Məmur oğlu özünü qismən təqsirli bildi Xalid Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra o, ölkə prezidentinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər