22 Avqust 2014 18:21
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Fərid Cəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 23-də Bakı-Şamaxı yolunun 115-ci kilometrliyində, Şamaxı rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Cəlilov Fərid Aydın oğlunun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfədən gələn “KaMAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 21015”in sərnişinləri- 1992-ci il təvəllüdlü Fazilzadə Rza Cəlal oğlu və 1991-ci il təvəllüdlü Mütəllimov Vüqar İlqar oğlu dünyasını dəyişib, sürücü Fərid Cəlilov isə ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Araşdırmalar zamanı Fərid Cəlilovun yol hərəkəti qaydasını pozması nəticəsində yol qəzasının baş verməsi müəyyən olunub. Buna görə də onun barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə sentyabrın 2-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər