12 Noyabr 2018 15:50
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, məhkum Rabil Abbasova qohumu, Tərtər rayon sakini Rinat Süleymanov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə çəkisi 0,208 qram heroin aşkar edilib.

Qeyd edək ki, Rabil Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rabil Abbasov qısqanclıq zəminində arvadını öldürüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər