12 Noyabr 2018 16:52
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda dələduzluqda təqsirləndirilən MuğanBank ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Azər Mahmudovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses noyabrın 19-da davam edəcək.

İttihama görə, Azər Əhmədov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etbarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub.

Vurulan ziyandan 23 784 manat pul ödənilib.

Cinayət işində 10-a yaxın zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər