Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Sahil döngəsi küçəsi ev 8 ünvanında yaşayan Əlikram Salmanov ehtiyatsızlıqdan yaşadığı hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov