Bakının Qaradağ rayonunda mənzildən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, iyunun 30-a keçən gecə Lökbatan qəsəbəsində yaşayan Gülnarə Seslinin evindən pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Eldəniz Məmmədov tutulub.
Hacı Zeynalov