16 Noyabr 2018 12:27
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları üzə çıxıb.

Publika.az xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Məlumata görə, əvvəllər 2 dəfə evil olmuş və hər iki həyat yoldaşından boşanan Murad internet vasitəsi ilə Qəbələ sakini olan və 2 uşaq anası olan qadınla tanış olub. Gənc qadınla Murad arasında isti münasibətlər yaranıb və o, uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib. Burada Muradla həmin qadın 2 aya yaxın birgə yaşayıblar. Daha sonra onlar birgə Qəbələyə gediblər. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub.

Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun Muradla Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin el adət-ənəsi ilə gəlməsini istəyib.

Bundan sonra Murad Quliyev Bakıya gəlib. Lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.

Bu səbəbdən də qadının qardaşı Elnur Abdullayev özü ilə bıçaq götürərək Bakıya yola düşüb. O, paytaxtda 2 gün ərzində Muradı axtarıb və nəhayət onu Zabratda işlədiyi avtoyuma məntəqəsində tapıb. Gənc oğlan bacısını aldatmış şəxsə hücum edərək bıçaqla ona 10-dan artıq zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər