19 Noyabr 2018 16:24
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Məmməd İbrahimin vəkili Cavad Cavadlı müvəkkilinin məhkəmə prosesi başa çatana qədər ev dustaqlığına buraxılmasını, Məmməd İbrahimin məhkəmə zamanı onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət verib.

Hakim vəsatətləri təmin etməyib.

Növbəti proses noyabrın 28-də davam edəcək.

Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məmməd İbrahimin barəsində bu il yenidən cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov