Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Nəriman Qəmbərovun idarə etdiyi “Ford” və İmişli rayon sakini Duvangir Balakişiyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. N.Qəmbərovun xəstəxanaya yerləşdirilmiş sərnişini - Bakı şəhər sakini Tahir Soltanov orada ölüb.
Daha bir yol nəqliyyat hadisəsi Lənkəran rayonu Nərimanabad-1 qəsəbəsində qeydə alınıb. Cəlilabad rayon sakini Eldar İsayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Vəciyyə Köçəriyevanı vurub. Piyada hadisə yerində ölüb.
Hacı Zeynalov