Bakıda qətlə cəhddə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Anar Mehtiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il mayın 20-də, saat 00.30-da paytaxtın Nəsimi rayonu ərazisində Anar Mehtiyev Fərhad Ağayev ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Anar mehtiyev Fərhad Ağayevi döyərək, ona ağır bədən xəsarəti yetirib.
Bununla yanaşı, Anar Mehtiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi rayon Polis idarəsinin müvəqqəti saxlama yerinə aparılarkən idarənin Post-patrul xidməti bölüyünün polis nəfəri Elnur Alıyevin üz nahiyəsinə yumruq zərbələri vurub.