Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qapanlı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Nurəddin Əsədoğlu münaqişə zəminində həmkəndliləri Eşqin Əmiraslanov və onun qardaşı İbrahimə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Eşqin ölüb, İbrahimin isə vəziyyəti ağırdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəddin Əsədoğlu saxlanılıb.