26 Avqust 2014 09:59
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Şirvan şəhər sakini Elçin Əliyev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Təbriz Məmmədov tutulub. Təbriz Məmmədov törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, şəxsi münasibətlər zəminində cinayəti törədib. Hər iki şəxsin dost olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: