Şərur rayonu Dizə kəndində faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, kənd sakini Kəmalə Əyyubzadə ehtiyatsızlığı nəticəsində “Arpaçay” çayına yıxılaraq suda boğulub. Onun meyiti avqustun 25-də sudan çıxarılıb.
Hacı Zeynalov