14 Dekabr 2018 16:31
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməksə təqsirləndirilən Rasim Bəşirzadə və Turan Mirzəzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Rasim Bəşirzadə 9 il 6 ay, Turan Mirzəzadə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il avqustun 9-da paytaxtın Nərimanov rayonu ərazisindəki mağazalardan birində baş verib.

Rasim Bəşirzadə və Turan Mirzəzadə həmin mağazaya gələrək mağaza sahibi Əkbər Hacıyevi yumruqla vurub, kassadakı 1000 manat pulu aparıblar.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi və Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov