20 Dekabr 2018 17:02
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Fuad Zeynallının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Əfqan Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.

İttihama görə, bu il iyulun 22-də, gecə saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxs satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparıb.

Cinayəti törədən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər