28 Dekabr 2018 16:39
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə Anar Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Anar Məmmədovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib. Vəkil cinayət işinə xitam verilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxışı yanvarın 11-nə təyin olunub.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər