18 Yanvar 2019 15:41
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 7 yaşlı uşağı öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Mövsüm Bağırovun barəsində təyin edilən psixatrik ekspertizanın rəyi elan olunub.

Rəyə görə, Mövsüm Bağırov hadisəni törədərkən anlaqlı vəziyyətdə olub. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.

Hakimlər ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz veriblər. Prokuror isə çıxışa hazır olmadığını deyib. O, məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Hakimlər onun istəyini nəzərə alıb. Proses yanvarın 22-də davam edəcək.

İttihama görə, Xəzər rayonunda Mövsüm Bağırov qonşuluqda yaşayan 7 yaşlı uşağın başına daş çırparaq öldürməyə cəhd edib.

Yaralı uşaq xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Hadisəyə səbəb uşağın Mövsüm Bağırovun yanında partladan atması olub.

İstintaq orqanı tərəfindən Mövsüm Bağırovun barəsində Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov