Bu gün saat 12 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.
Teleqraf.com-un məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb və vəfat edib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:12-də başa çatıb.
Naibə