28 Avqust 2014 17:06
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi qmansızlıqla öldürməkdə təqsirli bilinən Əbülfəz Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin yanvarın 14-də Əbülfəz Məmmədov Binəqədi rayonu, Yuxarı Çiçək yaşayış massivində həyat yoldaşı Günel Məmmədovanı döyüb. Vəh.icəsinə döyülən Günel Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Əbülfəz Məmmədov hadisədən bir gün sonra həbs edilib. Məhkəmənin hökmü ilə Əbülfəz Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər