Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Goranboy rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Rus-Borisi kəndinin meşə zolağında qeydə alınıb. Rayon sakinləri İmamverdi Xəlilov və Sabir Alxasov həmyerliləri Elnarə Əliyevaya bıçaqlayıblar.
Yaralı qadın ağır xəsarətlə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamverdi Xəlilov və Sabir Alxasov tutulublar. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Hacı Zeynalov