Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Ceyhun Fərəcovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ceyhun Fərəcov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ceyhun Fərəcov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov