4 Fevral 2019 19:17
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərinin Kəpəz bölgəsində 4-ü qadın olmaqla, 6 nəfərin meşədə köməksiz vəziyyətdə olan 18 yaşlı qızı döymələrilə bağlı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, yaşları 15-20 arasında olan gənclər qadını saçından tutub sürüyərək meşəyə aparıblar. Daha sonra fiziki şiddət tətbiq ediblər. Bununla ürəkləri soyumayıb və qadının pulunu götürüblər.

Hakim qarşısına çıxarılan 6 nəfərdən 2-nin barəsində həbs qətimkan tədbiri seçilib. Yaşları 18-dən az olan 3 nəfər isə azyaşlılarla iş üzrə prokurorluqda ifadə verəcəklər.

Şübhəlilər döyülən qızın onlara borclu olduğunu bildiriblər. A.S.K, ifadəsində "mənə borcu vardı, onu istədim. Başqa bir niyyətim yox idi", deyə bildirib. Digər təqsirləndirilən şəxs S.D döyülən gənci təhdid etdiyini etiraf edib.

Digər saxlanılan şəxs C.Y. isə "mən kimsəni təhdid etmədim, pul istəmədim, ağacın dibində durub gözləyirdim, olayla heç bir əlaqəm yoxdur" ifadəsini verib.

Eyni məhəllədə yaşayan gənclərlin əməllərilə bağlı araşdırma davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər