Rusiyada qətl törədən azərbaycanlının həbs edilməsi üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Mühafizə İdarəsinin və Baş Əməliyyat Statistik İnformasiya İdarəsi əməkdaşları tərəfindən axtarışda olan M.Abdullayev saxlanılıb.
O, Gəncə şəhər Baş Polis İdarəsinə təhvil verilib.
M.Abdullayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olub.