Şəmkir rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb. Kənd sakini Tural Dilənçizadə idarə etdiyi “Toyota” markalı avtomobillə həmkəndlisi, azyaşlı Lilpar Abbasovanı vurub. Uşaq hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov