12 Fevral 2019 12:42
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov polislər tərəfindən saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

​Faktla bağlı 40-cı polis bölməsində Vüqar Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.


Müəllif: Hacı Zeynalov