19 Fevral 2019 13:30
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir k, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində Masallı rayon sakini Emin Sadıqov polislər tərəfindən şübhəli şəxs qismində Atatürk prospektində saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Belçika istehsalı olan “Browning” markalı tapança və həmin silaha məxsus 3 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

​Emin Sadıqov barəsində 16-cı polis bölməsində toplanan materiallar araşdırılması üçün Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Artıq faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov