Türkiyənin Karaman vilayətində iş ortağını güllə ilə yaralayan İbrahim Okan xəstəxanaya gələrək vurduğu şəxsə baş çəkmək istəyib.
Xəstəxana binasının önündə ortağını dostu ilə mübahisə edən Okan burada da silaha əl atıb və qarşısındakı şəxsi yaralayıb.
Teleqraf.com xəbər verir ki, İ.Okanı yaxalamaq üçün polis xəstəxananı mühasirəyə alıb. Qaça bilməyəcəyini görən silahlı başına güllə vuraraq intihar edib.