Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hər iki şəxsə 19 il cəza verilib.
İttihama görə, qətl hadisəsi ötən il iyunun 1-də Xaçmaz rayonun Əbilyatağı kəndi ərazisində baş verib.
Xaçmaz rayon sakini Şahin İmanov tanışı Elbrus Abdullayevlə birlikdə həmyerliləri Mirzağa Əzizovu qətlə yetiriblər.
Sonra onun meyitini Əbilyatağı kəndi ərazisindəki meşə massivində basdırıblar.
Hadisədən 10 gün sonra Şahin İmanov Xaçmaz rayon polis şöbəsinə könüllü gələrərək, Elbrus Abdullayevlə hadisəsini törətdiyini etiraf edib.
Xaçmaz rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Cinayətdə şübhəli bilinən Elbrus Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.