1 Mart 2019 17:31
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “qanuni oğru”, “Cemo Tbilliskiy” ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib.

Teleqraf.com xəbər verir ki, 43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb.

Məlumata görə, “Cemo” kimi atası, “Arsen” ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. “Cemo”nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.

“Cemo” kriminal aləmdə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri kimi tanınırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər