2 Mart 2019 19:10
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini S. Ağayev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus 400 manat dəyərində “İphone 5” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığı deyib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətmiş şəxs müəyyən edilib.

Araşdırmalarla onun Cəbrayıl rayon Daşkəsən kənd sakini A.Quliyeva olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər