Ukraynanın Luqansk sərhəd xidmətinin əməkdaşları dörd nəfər Azərbaycan vətəndaşını saxlayıb.
Teleqraf.com xəbər verir ki, onlar Ukrayna vətəndaşı ilə birlikdə Trotsk qəsəbəsində yaxalanıblar.
Bununla bağlı Ukraynanın Dövlət Sərhəd Xidmətinin Şərq İdarəsi məlumat yayıb.
Bildirilib ki, azərbaycanlıların üzərində lazımı sənədlər olmayıb, ukraynalı isə onları şəxsi avtomobilində qanunsuz yolla sərhəddən keçirməyə çalışıb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.