Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.
Daha bir əməliyyat Maştağa qəsəbəsində keçirilib.
14-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “Mauser” markalı paslanmış vəziyyətdə olan tapança, 1 ədəd “Hsc mod 84” markalı piston tapançası və 55 ədəd boş patron aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.