2 Sentyabr 2014 10:11
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində saxlanılan şəxs İbrahim Süleyman oğlu Uğruyevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Nərminə Şaban qızı Uğruyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş daxilində "Sim" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İbrahim Uğruyev Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər